Astara Dənizkənarı Park-Bulvarda səyyar kitabxana xidməti təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşkilatçılığı ilə baş tutan xidmət zamanı Uşaq şöbəsinin fonduna yeni daxil olmuş kitablar nümayiş olunub. Uşaq şöbəsinin əməkdaşları Gülüstan Dadaşova və Aysel Əhmədova kitablar haqqında məlumat veriblər.
Səyyar kitabxana xidmətinin təşkil olunmasında məqsəd uşaqların kitaba, mütaliəyə marağını artırmaq və yay tətilində onları kitabxanaya cəlb etməkdir.