Polis əməkdaşları Astara rayonunun Həzi Aslanov qəsəbəsi ərazisində çətənə kolları aşkar ediblər. Bu barədə 30 iyun tarixində DİN-ə istinadən məlumat veririk.
"Xaşxaş-2023" adı altında keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində 120 kv.m sahədə yabanı halda bitmiş 2,1 tondan artıq çəkidə 9670 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.