Astarada kişi intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Lent.az-a istinadən verir.
Hadisə 4 iyul səhər saatlarında baş verib. 49 yaşlı rayon sakini İlkin Əsgərov yaşadığı evdə özünü asıb. Onun meyitini ailə üzvləri tapıblar.
İntiharın səbəbləri məlum deyil. Faktla bağlı prokurorluqda araşdırma aparılır.