Astara Musiqi Məktəbinin şagirdləri beynəlxalq müsabiqədə uğurla çıxış ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində məktəbə istinadən verir.
Qazaxıstanda keçirilən İ.Bramsın 190-illiyinə həsr olunmuş “Klassiklərdən-müasirlərə” beynəlxalq müsabiqəsində iştirak edən tədris ocağının şagirdləri - Əlizamin və Ramin Rzayev qardaşları solo çıxışlarda 1-ci yerə, duet üzrə isə Qran Pri-mükafatına layiq görülüblər.
Məktəbliləri müsabiqəyə müəllim Çingiz Eyvazov və konsertmeyster Kəmalə Kərimova hazırlayıb.