31 yanvar tarixində Azərbaycan-İran sərhədində xidmət edən əsgər və zabitlərlə görüş keçiriləcək. Bu haqda məlumatı bu gün, 28 yanvar tarixində Astara rayon Gənclər və İdman idarəsi verib.
Belə ki, Astara rayon Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan görüş Gənclər həftəsi çərçivəsində N saylı hərbi hissədə baş tutacaq. Əsgər və zabitlərin mükafatlandırılması nəzərdə tutulub.