Astara rayonunun Ərçivan qəsəbəsində köməkçi tikili yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 iyun tarixində Fövqəladə hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 42 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 15 kv.m sahədə, içərisində 1 ədəd qaynaq aparatı, hər birinin həcmi 3 litr olan istifadəyə yararsız 3 ədəd qaz balonu və hər birinin tutumu 20 litr olan 2 ədəd avtomobil yağı ilə dolu çəllək yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.