Cənub bölgəsində qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Apa.az-a istinadən verir.
Astara rayonunun Siyəkü kəndi ərazisində Pensərçay çayı 40 metrə qədər məcrasını dəyişib. Çayda suyun səviyyəsinin 5 metrədək qalxdığı bildirilir. Bu səbəbdən evlərin həyətyanı sahələrini su basıb və çaykənarı evlər üçün təhlükəli vəziyyət yaranıb.