Astara rayonunun Təngərüd kəndində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 iyul tarixində Təngərüd kənd Diyarşünaslıq Evinə istinadən verir.
Astara Rayon Təngərüd kənd kitabxana və Diyarşünaslıq Evinin əməkdaşları, kənd icra nümayəndəliyinin müavini Xanlar Kərimov və kənd sakinlərinin iştirak etdiyi tədbirdə gənclərimizə narkomaniyanın ağır fəsadlarından danışılıb.