Astara rayonunda yerləşən N saylı hərbi hissədə konsert təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində verir.
Tədbir 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə keçirilib. Şənlikdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev hərbçilərə rayon icra başçısının təbrikini çatdırıb. Daha sonra tədbir konsert proqramı ilə davam edib.