Astarada 1 nəfər ölümdən xilas edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
“Astara” sularda xilasetmə məntəqəsinin ərazisində çimən vətəndaş batma təhlükəsi ilə üzləşib. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları onun köməyinə yetişiblər.