"Düşünən oxucu" müsabiqəsinin rayon mərhələsinin qalibi müəyyən olunub. Bu haqda məlumat bu gün, 28 yanvar tarixində Astara rayon Təhsil şöbəsi verib.
Belə ki, 37 məktəbli arasında Təngərüd kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Gənciyeva Fatimə Mikayıl qızı rayon turunda qalib gələrək Respublika mərhələsinə vəsiqə qazanıb.