Astara rayonunun Ərçivan qəsəbəsində yanğın baş verib. Bu haqda
məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə gecə saat 02:00 radələrində qeydə alınıb. Ümumi sahəsi 24 kv.m olan talvarın taxta atmaları və damına yığılan 2 ton ot bağlamasının 1,5 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.