Bu gün, 13 aprel tarixində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin doğum günüdür.
Məhərrəm Böyükağa oğlu Quliyev 1968-ci ildə Lənkəranda anadan olub. 1988-ci ildə hərbi xidmətinni başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil alıb. Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışıb, 2003-cü ildən isə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunub.
2006-cı ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib. Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 5 aprel 2019-cu il tarixli Sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.