Səyyar “ASAN xidmət” avtobusu ayın sonuna kimi Lənkəranda olacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Avtobus Lənkəran şəhərinin Paşa Təhməzov küçəsi, 14 (Mərkəzi kitabxananın qarşısı) ünvanında xidmət göstərir.
Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftəiçi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək), hazır sənədin verilməsi isə həftəiçi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.