Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Viləş ərazisində sakinlərlə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.
İcra başçısı qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib və onların müraciətlərinə həssaslıqla yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.