Masallı RİH-nin başçısı Araz Əhmədov Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşları qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində verir.
Görüşə RİH başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri cəlb olunublar.
Qəbulda 20 nəfərə yaxın vətəndaş müraciət edib. Onların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.