Masallı RİH-nin başçısı Araz Əhmədov Qarğalıq ərazisinin sakinləri ilə görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 may tarixində verir.
Qəbulda rayon rəhbəri sözü Masallı RİHB aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Elvin Fəttayevə verərək, ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti ilə bağlı məlumat verməsini istəyib.
Daha sonra Araz Əhmədov qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətləri dinləyib. Görüşdə qaldırılan məsələlərdən bir neçəsi yerindəcə həll olunub, digər məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verilib.