Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təklə və Təzə Alvadı ərazilərində görülmüş işlərlə tanış olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Belə ki, başçı yeni asfalt örtüyü döşənmiş küçələrə baxış keçirib, tapşırıq və tövsiyələrini verib, sakinlərlə səmimi həmsöhbət olub, Ləngan kəndində yataq xəstəsi olan şəhid Murad Musayevin anası Ruqiyyə xanımla görüşüb və ehtiyatda olan hərbi qulluqçu Akif Vəliyevin ailəsində qonaq olub.