Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təklə ərazisinin sakinləri ilə görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyul tarixində verir.
Rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləyib, qəbulda qaldırılan məsələlərdən bir neçəsi dərhal yerində həll olunub, digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib. İcra başçısı, həmçinin vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.