Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masallıda fəaliyyət göstərən iki apteki cərimələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 aprel tarixində verir.
Belə ki, 20 Yanvar küçəsində yerləşən “Loğman” və Dadva kəndi, ev 25-də yerləşən "9/17" aptekləri qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması səbəbindən cərimələnib.