Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallıda monitorinqlər keçiriblər. Bu haqda bu gün, 29 mart tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Agentlik tərəfindən aparılmış yoxlamalar zamanı müəssisələrdə nöqsanlar müəyyən olunub. Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
- "Vüsal" marketi - Şərəfə kəndi;
- İmanov İmran Nəzər oğluna məxsus mağaza - Şərəfə kəndi;
- "Xəyal" marketi - Masallı rayonu, Bala Təklə kəndi;
- Qurbanov Məhəmməd Güləli oğluna məxsus market - Masallı şəhəri, H.Əliyev prospekti.
Obyektlərdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi faktları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.