Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Masallı və Lənkəranda qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı tədbir görüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyun tarixində verir.
Belə ki, Lənkəran rayonunun Şiləvar kəndində Seyfullayev Mircəlal və Cəfərov Arif Ağalı oğluna məxsus, həmçinin Masallı şəhərinin 20 Yanvar küçəsində İbadov Kamran Bahəddin oğlu və Səfərov Rasim Balasət oğluna məxsus heyvan kəsimi məntəqələrində nöqsanlar aşkarlanıb və sahibləri barəsində inzibati protokol tərtib edilib.