Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 aprel tarixində verir.
Qəbul 11 aprel 2023-cü il tarixində Masallı şəhəri, Qarabağ küçəsi, 20A ünvanında keçiriləcək.
Vətəndaşlar qeyd olunan nömrələr vasitəsilə və ya www.arxkom.gov.az internet saytındakı müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
Əlaqə üçün: (+994 12) 493 34 67; (+994 12) 595 13 50 (daxili nömrələr: 598, 599).