top
Ələt-Astara magistralında baş vermiş qəzada 3 yaşlı sərnişin də həyatını itirib
06 aprel 2023, 02:31
- ↺ +

Ələt-Astara magistralında baş vermiş qəzada 3 yaşlı sərnişin də həyatını itirib

Ələt-Astara magistralının 26-cı kilometrində, Salyandan keçən hissəsində baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 aprel tarixində Qafqazinfo-ya istinadən verir.

Belə ki, Lənkəran qeydiyyatlı 42-BM-084 nişanlı yük avtomobilinin sürücüsü, 22 yaşlı Dadaşov Əli Səfail oğlunun yolun kənarında dayanmış “Hyundai Accent”i vurması nəticəsində ağır yaralanan 3 yaşlı Bağırov Bayxan Bayram oğlu da aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Qeyd edək ki, baş vermiş qəza nəticəsində 51 yaşlı Bağırova Dilarə Ramil qızı, 63 yaşlı Muradova Mirsəkinə Mirqiyam qızı və 48 yaşlı Hüseynova Elnurə Adil qızı hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin, 52 yaşlı Ağayeva Xannənə Qabil qızı, sürücülər - Hüseynov Elxan Ramil oğlu və Dadaşov Əli Səfail oğlu isə xəsarət alıblar.

Qəzada həlak olan 51 yaşlı Bağırova Dilarə Ramil qızı Neftçalada yerləşən "Sharm Gözəllik salonu"nun əməkdaşı olub. Vəfat edən 3 yaşlı Bağırov Bayxan Bayram oğlu onun nəvəsi idi. Dilarə Bağırova tanınmış sintezator ifaçısı Bayram Bağırsoyun anası, 3 yaşlı Bayxan isə oğludur.

4 nəfərin ölümünə səbəb olan “KamAZ”ın 22 yaşlı sürücüsü Əli Dadaşov isə Vətən müharibəsi qazisidir. O, müharibədə iştirakına görə “Şuşanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və digər medallarla təltif edilib. Müharibədən qayıtdıqdan sonra Ə.Dadaşov “KamAZ” markalı yük avtomobilini icarəyə götürərək mişardaşı alverinə və daşınmasına başlayıb. O, avtomobilin ön hissəsinə “Veteran” və digər sözləri yapışdırıb.

O da məlum olub ki, hadisə vaxtı Neftçaladan Bakıya gələn “Hyundai Accent”in sürücüsü Elxan Hüseynov maşında nasazlıq olduğunu düşünərək nəqliyyat vasitəsini Ələt-Astara magistralının Salyandan keçən hissəsində, 26-cı kilometrində yolun sağına çəkərək saxlayıb. Bu zaman arxadan sürətlə hərəkət edən Əli Dadaşovun sürdüyü “KamAZ” arxadan ona çarpılıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər