top
ADY: Astara terminalı istifadəyə verilib
16 may 2024, 23:20
- ↺ +

ADY: Astara terminalı istifadəyə verilib

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi sayılan Astara rayonundakı yük həyətinin rekonstruksiya işlərini uğurla başa çatdırıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində verir.

Yenilənmiş yük həyəti Dövlət Gömrük Komitəsinin tələblərinə uyğun olaraq, terminal statusunda fəaliyyətə başlayıb.

Terminalda aparılmış rekonstruksiya işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun olaraq təmir edilib, əməliyyatların təhlükəsiz və dayanıqlı həyata keçirilməsi üçün zəruri texnikalarla təchiz olunub. Ərazi bütövlükdə tikanlı məftillərlə əhatələnib, 54 ədəd hərəkətli və stabil mühafizə videokamerası quraşdırılıb, tam işıqlandırma təmin edilib, 24 saat mühafizə qurulub və digər bütün təşkilati məsələlər həll edilib. Həmçinin qəbul edilən yüklərin çəkisinin müəyyən edilməsi üçün terminalda tərəzi quraşdırılıb.

5,5 hektar ərazidə yerləşən terminalda Dövlət Gömrük Komitəsi ilə birgə gömrük məntəqəsi yaradılıb, məntəqəyə sürətli internet xətti çəkilib, bütün lazımi avadanlıq və kompüterlər quraşdırılıb. Terminalda ekspeditor şirkətlərinə yeni xidmətlər paketi – multimodal daşıma servisləri təqdim olunur.

Terminalın əsas üstünlüklərindən biri də qəbul edilən yüklərin daşınması və aşırılması üçün yük sahiblərinə endirimli tariflərin tətbiq olunmasıdır.

Terminalın işə düşməsi Şimal-Cənub marşrutu üzrə tranzit yük daşımalarını cari ilin sonuna kimi 10-15%-ə qədər artırmağa imkan verəcək.

Hazırda qəbul edilən yüklər arasında ümumi dövriyyənin təqribən 40%-ni təşkil edən taxta yükləri əsas paya sahibdir. Taxıl və taxıl məhsulları 35% göstərici ilə ikinci ən çox qəbul edilən yük növüdür.

Son xəbərlər

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
26 sentyabr 2026, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
26 sentyabr 2026, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
26 sentyabr 2026, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
26 sentyabr 2026, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
26 sentyabr 2026, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
26 sentyabr 2026, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Bütün xəbərlər
25 sentyabr 2026, 15:19

Cenublu.аz işıqlandırdı, Cəlilabadda problem həllini tapdı

Bütün xəbərlər
25 sentyabr 2026, 14:46

Sabah hava necə olacaq? — PROQNOZ

Kriminal
25 sentyabr 2026, 14:13

Astarada qayınanasını dişləyən gəlinə cinayət işi açıldı

Kriminal
25 sentyabr 2026, 13:50

Lənkəranda 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb

Faydalı
25 sentyabr 2026, 12:54

Hərbçilərin maaşı 22,8 faiz artacaq

Cəmiyyət
25 sentyabr 2026, 11:39

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 3 İL AZALDILDI

Cəmiyyət
25 sentyabr 2026, 10:49

Yol Polisindən dəyişkən hava şəraiti ilə bağlı MÜRACİƏT

Oxşar xəbərlər