ADPU Cəlilabad filialının Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Eldar Vidadi oğlu Muradlı “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsində yer tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 may tarixində verir.
Belə ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən keçirilən və ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan müsabiqədə o, II yerə layiq görülüb.