top
8 saatlıq iş qrafiki öncə bu məktəblərdə tətbiq olunacaq - Ekspert açıqladı
29 noyabr 2025, 05:17
- ↺ +

8 saatlıq iş qrafiki öncə bu məktəblərdə tətbiq olunacaq - Ekspert açıqladı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müəllimlərin tam ştatla - yəni gündə 8 saat məktəbdə qalmaqla işləməsi barədə müzakirələr təhsil sistemində yeni mərhələnin başlandığını göstərir. Təhsil Nazirliyinin açıqlamasına görə, bu sistem ilk növbədə böyük məktəblərdə tətbiq ediləcək və əsasən Bakı, eləcə də bəzi iri rayon məktəblərini əhatə edəcək.


Modern.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, 8 saatlıq iş qrafiki daha çox Bakı, Sumqayıt və Abşeron kimi geniş şagird kontingentinə malik məktəblərdə tətbiq oluna bilər. Onun sözlərinə görə, bu mexanizmin işləməsi üçün məktəblərin həm ölçü, həm də texniki-təşkilati baxımdan hazır olması vacibdir.


“Bu məktəblərdə seçilmiş müəllimlər dərs bitən kimi yox, məhz iş saatının sonunda məktəbdən çıxa biləcək. Bu isə əlavə imkanlar tələb edir. Müəllim dərsini qurtardıqdan sonra sabahkı dərsin planını hazırlamalı, mövzular üzərində işləməli, şagirdlərlə fərdi məşğələlər və bəzən valideynlərlə ünsiyyət saatları keçirməlidir. Bəs bunun üçün məktəbdə şərait varmı? Bu, ən böyük problemdir. Ona görə də ilk mərhələdə yalnız pilot məqsədli iri məktəblərin seçilməsi gözləniləndir”, – ekspert bildirib.


Onun sözlərinə görə, Bakıda bu meyarlara cavab verən məktəb sayı kifayətdir. Regional təhsil idarələri üzrə isə hər rayondan ən azı bir mərkəzi məktəbin seçilməsi mümkündür:


“Məsələn, Astara–Lənkəran Regional Təhsil İdarəsinə daxil olan rayonların hər birindən bir böyük məktəb pilot layihəyə qoşula bilər.”


E.Nuri qeyd edib ki, yaxın vaxtlarda 8 saatlıq iş qrafikinin kənd məktəblərində tətbiqi real görünmür:


“Kənd məktəblərində bunun üçün əlavə gözlənti otaqları, fərdi hazırlıq kabinetləri, ən əsası, uyğun infrastruktur yoxdur. Xarici təcrübədə müəllimlər üçün istirahət otaqları, görüş otaqları və s. var. Bizdə bunları tətbiq etmək hələ ki, mümkün deyil. Buna görə də 8 saatlıq qrafik tam qaydası ilə təşkil olunacaqsa, buna cavab verən məktəblərin sayı çox olmayacaq.”

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Oxşar xəbərlər