top
16 ildir müəllim olan Cəlilabad şəhər 9 saylı məktəbin direktor müavini haqsızlıqla qarşılaşdığını bildirir
22 aprel 2023, 06:24
- ↺ +

16 ildir müəllim olan Cəlilabad şəhər 9 saylı məktəbin direktor müavini haqsızlıqla qarşılaşdığını bildirir

Cəlilabad şəhər 9 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyən Rauf Məlikov haqsızlıqla qarşılaşdığını iddia edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Qafqazinfo-ya istinadən verir.

16 ildir müəllim olaraq çalışan Rauf Məlikov müraciətində bildirib ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin nəticələrinə əsasən keçirilən seçimlər zamanı ona qarşı haqsızlıq olub: “Məktəbimiz iki ildir fəaliyyət göstərir. Açıldığı vaxtdan burada çalışıram. 2021-ci ildə direktorların işə qəbulu üzrə müsabiqəyə qatıldım və 33 bal topladım. Həmin il pandemiya səbəbi ilə bizi müsahibəyə çağırmadılar. 2022-ci ilin aprel ayında vakansiya seçiminə çağırdılar. Vakansiya kimi elə öz çalışdığım təhsil ocağını, Cəlilabad şəhər 9 saylı məktəbi seçdim və müsahibəyə qatıldım. Müsahibədə də region üzrə ən yüksək nəticəni topladım. Mənimlə yanaşı, ikinci müavin də imtahana qatıldı. Lakin o, müsabiqədən keçə bilmədi. 60 baldan cəmi 6 bal topladı. Məni ehtiyat kadra atdılar və əsas kimi də göstərdilər ki, guya 9 nömrəli məktəb müsahibə vaxtı 500-dən çox şagirdi olan məktəblər siyahısına düşüb. Biz isə 500-ə qədər şagirdi olan məktəblər üçün imtahan vermişik”.

Müəllimin sözlərinə görə, əslində onlar imtahan verən zaman belə bir anlayış olmayıb: “Bizim məktəbin şagird sayı yanvar ayının hesabatında artıq 500-dən yuxarı olub. Mən isə vakansiyanı aprel ayında seçmişəm. Bu, regionun günahıdır. Niyə yanvar ayının hesabatında 500-dən yuxarı şagirdi olan məktəbi aprel ayında 500-dən aşağı şagirdi olan məktəblər siyahısına salıblar? Nəticə etibarilə mən də bu məktəbi seçmişəm. Məni ehtiyat kadra atdılar, lakin 6 bal toplayan digər müavinə müvəqqəti əmək müqaviləsi bağlayaraq direktor vəzifəsini verdilər”.

Rauf Məlikov bildirir ki, məsələ ilə bağlı aidiyyəti qurumların qəbulunda da olub: “Region idarəsinin rəhbərinin də, inzibati şöbənin də qəbulunda olmuşam. Məsələ ilə bağlı nazirliyə də müraciət etmişəm. Mən ehtiyat kadra düşməkdən şikayətçi deyiləm. Lakin işin şəffaf olması üçün ən azı 6 bal toplayan müəllimlə yox, mənimlə müqaviləni bağlayardılar. Mən olmasam belə, biliyi və bacarığı olan bir şəxsin direktor təyin edilməsi daha məqsədəuyğun olardı”.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimiz belə cavablandırıldı: “Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbində 2022-2023-cü tədris ilinin birinci yarısında I-XI siniflər üzrə şagird sayı 601 nəfər, tədris ilinin ikinci yarısında isə I-XI siniflər üzrə şagird sayı 608 nəfər olub.

Müraciətinizə cavab olaraq bildiririk ki, şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə, eləcə də Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbinə direktorların işə qəbulu prosesi Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə həyata keçirilir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər