Lənkəran şəhərinin Sütəmurdov meşəliyi adlanan ərazisində məişət tullantıları sakinləri narahat edir. Bununla bağlı bu gün, 27 yanvar tarixində sakinlər Cenublu.az-a müraciət ediblər.
Xəzər Lənkəran Mərkəzi stadionu yaxınlığından meşəyə yol gedir. Həmin ərazi tullantılarla dolub. Sakinlər bildirir ki, artıq uzun müddətdir ərazidən üfunət qoxusuna görə keçmək olmur.
"Hər səhər buradan keçib işə gedəndə, nəfəsimi saxlayıb keçirəm. Ərazidə tullantılar üçün ayrılmış qablar yoxdur. Bu zibillər niyə bura toplanılır, bilmirəm. Aidiyyəti qurumlardan məsələni kökündən həll etmələrini xahiş edirik", - deyə sakinlərdən biri qeyd edib.