Lənkəran şəhərində tullantılar hasarın arxasına yığılır. Bu haqda bu gün, 5 yanvar tarixində Cenublu.az xəbər verir.
Belə ki, şəhərin Şəhidlər Xiyabanı küçəsində yolun kənarından üfunət qoxusu gəlir. Araşdırmalar zamanı müəyyən olub ki, “Kiçik bazar qəbirstanlığı” yanına məişət tullantıları atılıb.
“Lənkəranda hamı bilir ki, sakinlər tullantıları qoyur qapının qabağına, sonra gəlib maşınla götürürlər. Lakin bir də görürsən ki, vaxtında bu işləri etmirlər. Tullantılar küçəyə dağılanda, süpürüb atırlar bu əraziyə”, – deyə şahidlərdən biri qeyd edib.
