Cəlilabad rayonunun Dələli kəndində məscid yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 may tarixində Baku TV-yə istinadən verir.
Yanğın nəticəsində 450-500 kv.m-lik ibadət evinin 5 otağı yararsız hala düşüb. Yanğının elektrik xətlərindəki nasazlıqdan qaynaqlandığı güman edilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Məscid boş olduğundan hadisə zamanı xəsarət alan olmayıb.