Cəlilabadda gənc oğlan 8 gündür itkin düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində verir.
Uzuntəpə kənd sakini, 18 yaşlı Nəsib Quliyev 27 aprel tarixində yaşadığı evdən çıxıb və indiyədək qayıtmayıb.
Axtarılan şəxsin əlamətləri: boyu 173 sm, gözləri qonur rəngdədir. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar, qara idman ayaqqabısı, qara gödəkçə olub.
Onun barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
[caption id="attachment_58919" align="alignnone" width="336"]
Foto DİN[/caption]