top
Astaranın unudulmuş Unuz kəndi
10 dekabr 2022, 02:00
- +

Astaranın unudulmuş Unuz kəndi

Unuz kəndi Astara şəhərindən 27 km cənub-qərb istiqamətində, İranla sərhəddə yerləşir. Kəndin ərazisi Hirkan Milli Parkına daxildir [3].

Azərbaycanda Stalin repressiyaları dövründə Unuz kəndi ilə yanaşı, Anbaran, Baxçalı, Armudu, Çayağzı, Təngərov, Növüştərü, Dilmədi və Siyov kəndlərində yaşayan adamlar Azərbaycanın digər bölgələrinə və keçmiş SSRİ-nin müəyyən ərazilərinə köçürülüblər. Əhalinin bu kəndlərdən köçmə prosesi 27 yanvar 1953-cü ildə başlanıb, həmin il 7 martda isə sona çatıb. Həmin sakinlər Salyanın Sarvan, Qaraqaşlı kəndlərinə və Zaqatalanın bəzi yaşayış məntəqələrinə köçürülüblər. Buna bəhanə kimi isə sovet hakimiyyəti burada yaşayanların İrana tez-tez getmələrini qeyd edib.

Unuz kəndinin sakini olmuş Məmməd Şirinovun sözlərinə əsasən, kənddən köçəndə onun 14 yaşı olub. Onun dediklərinə görə, artıq 1947-ci ildən sərhəd boyunca yaşayanlar başqa yerlərə köçürülməyə başlamışdılar [2].

Unuz kəndində anadan olmuş, İkinci Dünya müharibəsi iştirakçısı Sərvəz Tağverdiyevin sözlərinə görə, müharibədən sonra evə qayıtdıqda onu sovet hakimiyyəti bir müddət sonra əsassız ittihamlarla 5 illik həbs edib. Azadlığa buraxıldığı zaman isə Stalinin əmrinə əsasən, Sərvəz Tağverdiyev və Unuz kəndinin digər sakinləri İran sərhədindən kənar kəndlərə yerləşdiriliblər [5].

1956-cı ildə İranla sərhəd olan yaşayış məntəqələrinin sakinlərinə öz kəndlərinə qayıtmalarına icazə verilib. Buna baxmayaraq, sovet hakimiyyəti onların öz doğma kəndlərinə qayıtmasına maneələr yaradırdı. Azərbaycan müstəqillik qazanandan sonra həmin yerlərə bir neçə ailə köçür, sovxoz yaradılır.

Tarixçi Tarif Əliyevin sözlərinə görə, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra sərhəd Astara çayı üzrə müəyyənləşdirilmişdir. Bu səbəbdən bir çox kəndlərin sakinləri həmin vaxt başqa yerlərə köçürülmüşdülər.

Unuz kəndinin əhalisi, əsasən, heyvandarlıq və taxılçılıqla məşğuldur [2]. 1915-ci ilə aid olan siyahıyaalınma məlumatına görə, Unuz kəndində 87 nəfərin yaşadığı qeyd olunub [1]. “İctimai TV”nin 2021-ci ildə olan məlumatında bu kənddə 254 nəfərin yaşadığı göstərilib [4].

Ədəbiyyat:


  1. Кавказский календарь на 1915 год. Тифлис-1914.

  2. https://avestatalysh.com/2016/08/03/stalinin-%C9%99mri-il%C9%99-talislarin-astara-v%C9%99-lerikd%C9%99n-surgun-olunmasi-sahidl%C9%99r-danisir/

  3. https://ambur.az/astaranin-unuz-kendi-4-aile-10-usaq

  4. https://www.youtube.com/watch?v=5iw9807K0lA

  5. https://haqqin.az/news/22114

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:52

Ağadadaş Ağayev qızının xəstəliyindən danışdı

Siyasət
Bu gün, 16:02

Rusiyadan İrana göndərilən təyyarə Lənkəran aeroportuna enib

Siyasət
Bu gün, 15:07

Məşğulluq xidmətlərində də süni intellektin tətbiqi planlaşdırılır

Cəmiyyət
Bu gün, 14:01

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir

Siyasət
Bu gün, 13:02

Uşağa döyərək tərbiyə verən valideyn və müəllimlər CƏRİMƏLƏNƏCƏK?

Mədəniyyət
Bu gün, 11:51

"Ad günü şamları" tammetraj sənədli filminin xüsusi nümayişləri bitdi

Cəmiyyət
Bu gün, 11:01

Lənkərannlı şəhidimizin ad günüdür

Siyasət
Bu gün, 09:18

Daxili Qoşunların yaranmasından 34 il ötür

Bütün xəbərlər
Dünən, 17:13

İsveçrənin İrandakı səfiri 6 nəfərlik heyətlə Azərbaycana təxliyə olunub

İdman
Dünən, 16:03

"Finalda iki azərbaycanlı məşqçinin qarşılaşması mümkündür" - Fərid Cəlalovun AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 15:19

Masallıda 800 abonent qazsız qalacaq

Bütün xəbərlər
Dünən, 14:24

Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələri buraxılıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah Azərbaycanda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 12:36

İrandan indiyədək Azərbaycan sərhədi ilə 2168 nəfər təxliyə edilib

Bütün xəbərlər
Dünən, 11:44

Masallıdakı ağır qəzada ölən şəxsin sürücülük hüququ olmayıb - TƏFƏRRÜAT

İdman
Dünən, 10:56

Nəriman Axundzadə: "Verdiyim qərarın doğru olduğunu sübut etməyə çalışacağam"

Bütün xəbərlər
Dünən, 10:00

Salyanda qəza: 1 nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:09

Cəlilabad və Biləsuvarın bəzi ərazilərində iki saat işıq olmayacaq

Siyasət
10 mart 2026, 17:56

Azərbaycanın İrana humanitar yardımını çatdıran maşın karvanı geri qayıdıb

Kriminal
10 mart 2026, 16:15

"TikTok"da canlı yayım zamanı söyüş söyən SAXLANILDI

Faydalı
10 mart 2026, 15:01

Lənkəran və Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
10 mart 2026, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
10 mart 2026, 13:11

Lerikdə 20 kq narkotik aşkarlanıb

Cəmiyyət
10 mart 2026, 12:02

Bu gün şəhid Emil Şıxəliyevin doğum günüdür

Oxşar xəbərlər