top
Ərkivanın ilk SSRİ çempionu: güləşçi Yaqub Məmmədov
27 aprel 2023, 01:12
- +

Ərkivanın ilk SSRİ çempionu: güləşçi Yaqub Məmmədov

Yaqub Əkbər oğlu Məmmədov 18 aprel 1946-cı ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub [1].

O, 1960-cı ildə Bağlaküçə yeddiillik məktəbini bitirib, Bakı Energetika Texnikumuna qəbul olub. Yaqub Məmmədov 1961-ci ildə “Dinamo” İdman Cəmiyyətində sərbəst güləş üzrə məşqlərə başlayıb. O, 1961-1973-cü illərdə müxtəlif yarışlarda iştirak edərək, bir çox mükafatlara layiq görülüb [1].

Yaqub Məmmədov 1966-cı ildə 19-20 yaşlı gənclər arasında Tbilisi şəhərində keçirilən SSRİ birinciliyində ilk dəfə SSRİ çempionu olub [1,2]. Məmmədov 1966-1972-ci illərdə sərbəst güləş üzrə SSRİ yığma komandasının üzvü olub [1]. O, 1967 və 1970-ci illərdə keçirilən SSRİ çempionatlarında gümüş medallar qazanıb [2].

İdmançı 1970-ci ildə öz yaşıdları arasında Mahaçqala şəhərində keçirilən SSRİ çempionatında beşqat dünya çempionu, Dağıstan pəhləvanı Əli Əliyevə qalib gələrək, ikinci yerə çıxıb [2]. O, ABŞ, Polşa, İran, Əfqanıstan, ümumiyyətlə 60-a yaxın xarici ölkədə keçirilən idman yarışlarında iştirak edib [1,2].

Yaqub Məmmədov 1974-cü ildən başlayaraq məşqçi kimi fəaliyyət göstərib. 1997-2005-ci illərdə Yaqub Məmmədov sərbəst güləş üzrə Azərbaycan yığmasının baş məşqçisi olub [5]. 2006-cı ildə Məmmədov təqaüdə çıxıb [6].

Məşqçi 1984-cü ildə SSRİ məktəblilərinin Ümumittifaq Spartakiadasında Azərbaycan yığma komandasının uğurlu çıxışına görə Respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib [1]. Onun tələbələri müxtəlif yaş qrupları üzrə beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında, həmçinin olimpiya oyunlarında 200-dən çox medal qazanıblar [1,3].

Məmmədov 2000-ci ildə XXVII Yay Olimpiya Oyunlarında göstərdiyi yüksək nəticəyə görə “Şöhrət” ordeninə layiq görülüb. O, 1966-cı ildə sərbəst güləş üzrə idman ustası, 1970-ci ildə beynəlxalq dərəcəli idman ustası, 1986-cı ildə Azərbaycan Əməkdar məşqçisi, 2003-сü ildə ilin məşqçisi fəxri adlarına layiq görülüb [1,4].

Azərbaycanın Güləş Federasiyasının İcraiyyə Komitəsinin və Respublika Milli Olimpiya Komitəsinin üzvü seçilib [1].

Ədəbiyyat:


  1. Fərahim Xələfli, Nurəddin Ədiloğlu. Masallı cənnət misalı. Bakı-2013.

  2. Vafiq Yusifli. Ərkivan və ərkivanlılar. Bakı-1996.

  3. Abdurrəhman Səmədov. Ərkivan salnaməsi. Bakı-2009.

  4. https://azertag.az/ru/xeber/LUCHSHIE___2003_GODA-626016

  5. https://1news.az/mobile/sport/20070410053041283.html

  6. http://regionplus.az/ru/articles/view/4941

Son xəbərlər

Kriminal
Dünən, 17:21

Ali Məhkəmə Qobuda arvadını və körpə qızını öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verib

Bütün xəbərlər
Dünən, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Siyasət
Dünən, 15:01

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kriminal
Dünən, 14:00

Lənkəranda evlərdən oğurluq edən saxlanılıb

Kriminal
Dünən, 13:02

Qətlə cəhddə ittiham olunan federasiya vitse-prezidentinə BƏRAƏT

Siyasət
Dünən, 12:05

Üzərliyə görə Rusiyadakı səfirliyimizə nota verildi

Cəmiyyət
Dünən, 11:03

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:02

Masallıda təndirxanada nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb

Cəmiyyət
Dünən, 09:00

Bu gün Od çərşənbəsidir

Bütün xəbərlər
02 mart 2026, 18:03

Salyanda 356 abonentin qazı kəsiləcək

Kriminal
02 mart 2026, 17:10

Lənkəranda qadın sürücünü təqib edənə HÖKM

Siyasət
02 mart 2026, 16:02

İrandan Azərbaycana vətəndaşların keçidi davam edir

Bütün xəbərlər
02 mart 2026, 14:56

Masallı sakinin meyiti Bakıda dənizdə tapıldı

Bütün xəbərlər
02 mart 2026, 14:00

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
02 mart 2026, 13:03

Masallı İdman Kompleksində ÖLÜM

İdman
02 mart 2026, 12:12

Cəlilabadlı güləşçi Tiranadan qızıl medalla qayıdıb

Bütün xəbərlər
02 mart 2026, 11:23

Həcc ziyarəti üzrə kvota tamamlanmaq üzrədir - Həftəsonu qeydiyyat bitir

Bütün xəbərlər
02 mart 2026, 10:19

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
02 mart 2026, 09:16

Hacı Şahinin vəfatından 3 il ötür

Kriminal
28 fevral 2026, 15:29

Rusiyada 24 il əvvəl qayınatasını öldürən lənkəranlının cəzası azaldıldı

Kriminal
28 fevral 2026, 14:38

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanıldı

Siyasət
28 fevral 2026, 12:40

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Siyasət
28 fevral 2026, 12:04

Azərbaycan İrandakı vətəndaşlarını təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb

Cəmiyyət
28 fevral 2026, 10:40

Lənkəranlı şəhidimizin doğum günüdür

Oxşar xəbərlər