top
Lənkəranda idman zalları: top-6 ən sərfəli seçim
29 iyul 2023, 08:20
- ↺ +

Lənkəranda idman zalları: top-6 ən sərfəli seçim

Sağlamlıq deyərkən insanın ağlına ilk gələn idman olur. İdman nəinki sağlam olmaq üçün, həmçinin yorğun və gərgin iş günündən sonra stress atmağa da kömək edir. Bu səbəbdən Cenublu.az sizin üçün Lənkəranda fəaliyyət göstərən idman zalları və qiymətləri haqda məlumat verir.

İmadəddin Nəsimi küçəsində yerləşən və müasir standartlara cavab verən Es Fitness saat 9:30-dan 22:00-dək fəaliyyət göstərir. Burada kişi və qadın saatları mövcuddur. Qadın məşqləri həftənin cüt günləri saat 9:30-dan 14:30-dək, kişilər üçün məşqlər tək günlər 9:30-dan 22:00-dək, cüt günlər isə saat 14:30-dan 22:00-dək keçirilir. Aylıq odəniş (12 dərs) kişilər üçün 25 AZN, qadınlar üçün 20 AZN-dir.

Mir Mustafa xan küçəsində yerləşən Gold’s Gym Lankaran-da məşqlər qadınlar üçün cüt günlər saat 09:00-dan 17:00-dək, kişilər üçün tək günlər 09:00-dan 23:00-dək, cüt günlər isə 17:00-dan 23:00-dək keçirilir. 12 dərs kişilər üçün 30 AZN, qadınlar üçün 25 AZN təşkil edir. Qeyd edək ki, tələbələr üçün xüsusi endirim mövcuddur - 25 AZN.

Sütəmurdov kəndində yerləşən Lənkəran Olimpiya İdman Kompleksində qadın saatları cüt günlər saat 18:00-dan 20:00-dək, kişi saatları tək günlər saat 9:00-dan 23:00-dək, cüt günlər isə 9:00-dan 18:00-dəkdir. Aylıq odəniş 35 AZN təşkil edir, tək gediş isə 4 AZN-dir.

Yalnız xanımlar üçün nəzərdə tutulan İnara Fitnes-də xanımlar üçün həm trenajor, həm də reformer xidmətləri mövcuddur. Trenajor zalı ayda 30 AZN, reformer isə 8 dərs 60 AZN, 12 dərs 80 AZN təşkil edir. Qeyd edək ki, İnara Fitnes öz müştərilərinə xüsusi endirimlər də təqdim edir. Endirim əldə etmək üçün özünüzlə birgə müştəri gətirmək kifayətdir.

Güləş və fitneslə məşgul olmaq istəyən bəylər Şəhidlər xiyabanında yerləşən Sparta idman zalına müraciət edə bilərlər. Zal saat 10:30-dan 22:00-dək fəaliyyət göstərir. Fitnesə yazılmaq istəyənlər üçün aylıq odəniş 25 AZN, güləşə yazılmaq istəyənlər üçün isə 20 AZN təşkil edir.Pilateslə maraqlananlar Pilates Lənkəran-da qrup və fərdi dərslərə yazıla bilərlər. Qrup şəklində 8 məşq 80 AZN, 12 məşq 100 AZN təşkil edir, fərdi dərslərə yazıldıqda isə odəniş 12 dərs üçün 100 AZN-dir. Qeyd edək ki, pilates dərslərinə tək giriş qiyməti 10 AZN təşkil edir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Bütün xəbərlər
Dünən, 09:50

19 yaşlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:13

FHN qeyri-sabit hava ilə bağlı əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 19:00

Sentyabrda havanın temperaturu normadan yuxarı olub

Bütün xəbərlər
01 oktyabr 2026, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
01 oktyabr 2026, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
01 oktyabr 2026, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
01 oktyabr 2026, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
01 oktyabr 2026, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
01 oktyabr 2026, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
01 oktyabr 2026, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Oxşar xəbərlər