“Yaşıl məktəb” layihəsi qaldığı yerdən davam etdirilir. Bu haqda bu gün, 8 aprel tarixində Cenublu.az xəbər verir.
Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Peşə Liseyi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası keçirilir.
Lerik rayon Xaliq Qənbərov adına Barzavu kənd ümumi orta məktəbi də “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyasına qoşuldu. Məktəbin həyətyanı sahəsindəki şəraiti nəzərə alaraq, məktəbin direktoru Zaur Səfərov, müəllimlər, texniki işçilər və şagirdlərin iştirakı ilə ağaclar əkilib.