Masallıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Bu haqda bu gün, 31 mart tarixində Cenublu.az sosial şəbəkələrə istinadən xəbər verir.
Rayon üzrə təhsil sektorunun həyətyanı sahəsində fidanlar basdırılıb. Mart ayının 1-dən başlayaraq “Yaşıl məktəb” layihəsi əsasında Masallı rayonu üzrə təhsil sektorunun ümumi təhsil müəssisələrində 3000-dən artıq ağac əkilib.