Masallıda xeyriyyə aksiyaları keçirilib. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Ramazan ayında ənənəvi olaraq rayonun Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailəyə ərzaq yardımları, Boradigah qəsəbəsində isə 120 aztəminatlı ailənin hər birinə 3 kiloqram olmaqla mal əti paylanılıb.