Masallı rayonu üzrə ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təşkil olunan aksiyanın keçirilməsində məqsəd, eyni zamanda ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Aksiya çərçivəsində Masallı rayonunun bütün ümumtəhsil, orta ixtisas, məktəbəqədər təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılır.
Artıq 500-dən çox meyvə və şam ağacları əkilib.