Lənkəranda Heydər Əliyevin 100 illiyi ilə bağlı ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.
Şəhərin Heydər Əliyev prospektində iqlimə uyğun olaraq 500 iynəyarpaqlı sərv ağacı əkilib. Ağacəkmə aksiyasında yeni əkilən ağaclar suvarılıb və dayaqlarla bərkidilib.
Aksiyada şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP rayon təşkilatının könüllüləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.