top
Yol polisi sürücülərə xəbərdarlıq edib
25 sentyabr 2025, 03:48
- ↺ +

Yol polisi sürücülərə xəbərdarlıq edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Dövlət Yol Polisi İdarəsi şəhər mühitində ictimai asayişin qorunması ilə bağlı sürücülərə müraciət edib.

Cenublu.az sözügedən müraciəti təqdim edir:

“Şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur. Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində səs-küy yaradılması yolverilməzdir. Bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.

Qanunvericiliyin tələbinə görə, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda — yol-nəqliyyat hadisəsinin qarşısını almaq, insan həyatına və sağlamlığına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir.

Qaydalara əməl olunması, intizamlı davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi yol hərəkəti təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sürücülərin məsuliyyətsiz hərəkətləri ictimai mühitdə narahatlıq yaratmaqla yanaşı, qəza ehtimalını artıraraq insanların həyat və sağlamlığını riskə atır”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı səs-küyə səbəb olan hərəkətlərdən çəkinmək, qanunvericiliyin tələblərinə riayət etmək və yol hərəkəti qaydalarına hörmətlə yanaşmaq hər kəsin borcudur.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər