Yardımlıda 9200 ədəd xaş-xaş kolu məhv edilib.
Cenublu.az xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib. Tədbirlər zamanı rayonun Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.
Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.