Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.
Cenublu.az xəbər verir ki, tədbirlər zamanı rayonun Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər – xaş-xaş kolları aşkar olunub. Ümumi çəkisi 1470 kiloqram olan 6700 ədəd xaş-xaş kolu toplanaraq yandırılıb və məhv edilib.