Azərbaycanın bəzi yerlərində hazırda leysan xarakterli yağış yağır.
Bu barədə Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Oktyabrın 17-si saat 10:00-a olan məlumata əsasən, düşən yağıntının miqdarı Astarada 15, Yardımlı, Lənkəranda 5, Lerikdə 4 mm-dək qeydə alınır.
Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 18-i səhərədək davam edəcəyi gözlənilir.