“Təmiz hövzələr” aksiyası çərçivəsində tədbirlər davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində verir.
Belə ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 2024-cü ilin aprel ayında Xəzər dənizinin Lənkəran və Astara rayonları akvatoriyasından sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.
Məqsəd qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılmasıdır.