top
Xalq artisti İlham Əsgərovun ad günüdür
15 iyul 2025, 23:29
- ↺ +

Xalq artisti İlham Əsgərovun ad günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xalq artisti İlham Əsgərovun ad günüdür.

İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhətin “Tağı və Nağı” pyesində Nağı rolunu canlandırıb.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə imtahan verir. İmtahanı ondan Adil İsgəndərov götürür. Lakin İlham böyük sənətkarı tanımır. Bunu biləndən sonra isə düşünür ki, yəqin o, imtahandan kəsilib. Çünki özünün sözlərinə görə imtahan vaxtı nə danışırmışsa, Adil müəllim deyirmiş “qada, bəsdir”. Lakin nəticə onun gözlədiyi kimi bədbin olmur. İlham əla qiymətlərlə universitetin dram və kino aktyoru fakültəsinə daxil olur. Oranı bitirəndən sonra isə təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göndərilib.

Bir müddət sonra o, hərbi xidmətə yola düşüb. Oradan qayıdandan sonra “Közərən ocaqlar” tamaşasındakı tacir Əli rolu ilk debütü olur. Tərəf müqabilləri isə Səməndər Rzayevlə Zərnigar Atakişiyeva olur.

İlham Əsgərov ömrünün sonuna kimi dram teatrında çalışıb. "İblis", "Atabəylər", "Büllur sarayda", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Qarabağnamə", "Hökmdar və qızı", "Kral Lir", "Mesenat", "Füzuli və Əsmər", "Qaraca qız" tamaşalarında maraqlı obrazlar yaradıb.

Aktyor gənclik illərində müxtəlif televiziya tamaşalarına çəkilərək insanların yaddaşında qalıb. Onun ən böyük uğuru isə İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" tamaşasındakı Valeh obrazı olub.

İlham Əsgərov gənclik illərində Yeganə adlı xanımla tanış olur. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qursalar da, onların düz on il övladı olmayıb. Yalnız on ildən sonra tanrı bu ailəyə Fidan adlı bir qız övladı bəxş edir. Aktyorun ən böyük arzusu qızının universitetə daxil olmasını görmək olub. Lakin ölüm bu arzusunu yarımçıq qoyub.
İ. Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi.

Ömrünün böyük hissəsini teatra həsr edən aktyor təəssüf ki, bu sənət ocağında səbəbi məlum olmayan sarsıntılar keçirib. Hətta deyilənlərə görə onun ilk dəfə infarkt keçirib xəstəxanaya düşməsi teatrda yaşadığı stressin nəticəsində baş verib.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Aktyor 2015-ci il sentyabrın 6-da gecə saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ailəsinin istəyi ilə Masallının Xoşçobanlı kəndində, atasının məzarının yanında dəfn olunub.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər