top
Viləşçay su anbarının qanunsuz zəbt olunması aşkar edilib
12 avqust 2025, 04:46
- ↺ +

Viləşçay su anbarının qanunsuz zəbt olunması aşkar edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) apardığı nəzarət tədbirləri zamanı "SİRR-M" MMC tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edilib.

Cenublu.az xəbər verir ki, bu barədə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

Məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, MMC tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan su anbarının müəyyən hissəsi özbaşına tutulmaqla torpaq və qarışıq süxur qanunsuz olaraq çıxarılıb.

Bildirilir ki, su anbarının balanssaxlayıcısı və istismarçısının razılığı və su fondu torpaqları üzərində tikilmiş Viləşçay su anbarının yatağının bir hissəsinin istifadəyə ayrılması ilə bağlı hər hansı qərarı olmadan "SİRR-M" MMC tərəfindən torpaq sahəsinin özbaşına tutulması və Viləşçay su anbarının daxilindən qanunsuz olaraq qum-çınqıl çıxarılması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinin tərkibini yaradır.

“Qeyd edilən qanunsuz hərəkətlər Viləşçay su anbarı kimi dövlət əhəmiyyətli hidrotexniki qurğunun istismar qaydalarının pozulmasına gətirib çıxarır, həmçinin qurğunun təhlükəsizliyini risk altına alır.

Bundan əlavə Masallı rayonunu içməli və suvarma suyu, Cəlilabad rayonu isə içməli su ilə təmin edən Viləşçay su anbarının daxilində faydalı qazıntıların götürülməsi zamanı təbii su mühitinə təhlükəli tullantıların axıdılması və ya atılması istisna olunmur ki, bu da suyun keyfiyyətinin pisləşməsinə və insanların həyat və sağlamlığına ciddi təhlükə yarada bilər.

Göstərilən xüsusatları nəzərə alaraq aşkar edilmiş faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, - məlumatda deyilir.

Son xəbərlər

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər