Bu gün Cəlilabaddan olan Vətən müharibəsi şəhidimiz – Alim Şükürovun anadan olduğu gündür.
Alim Davud oğlu Şükürov 1998-ci il mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Alim Vətən müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, noyabrın 9-da Zəngilan döyüşləri zamanı Bartaz istiqamətində şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Zəngilanın azad olunmasına görə" və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.