top
Valideynləri oğullarının şəhadətə ucaldıqları yerdə
27 oktyabr 2025, 04:17
- ↺ +

Valideynləri oğullarının şəhadətə ucaldıqları yerdə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

44 günlük Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhrəm Məmmədzadələrin valideynləri Elman və Hicran Məmmədovlar Xocavəndin Qırmızı Bazar yaşayış məntəqəsinə gedərək, övladlarının şəhid olduqları yeri ziyarət ediblər.

Modern.az xəbər verir ki, qardaşlar 2020-ci il noyabrın 1-də Qırmızı Bazar uğrunda döyüşlər zamanı bir-birlərinin gözləri önündə şəhid olublar.
İman və Bəhrəm Məmmədzadələr əslən Lerik rayonundandırlar. Onların arasında 2 il fərq vardı - İman 22, Bəhrəm 20 yaşında idi.

Qardaşlar Həştərxanda 1 il oxuyublar. Daha sonra birlikdə Samara Universitetinin Hüquq fakültəsində ali təhsil almağa başlayıblar. 2016-cı ildə Hüquq fakültəsindən çıxaraq, Turizm fakültəsinə keçiblər.

2020-ci ilin iyul ayında İman Bəhrəmlə birlikdə, eyni gündə Qusar rayonundakı N saylı hərbi hissədə xidmətə başlayıblar.

Vətən müharibəsi başlanan dövrdə onlar artıq hərbi xidmət keçirdilər. Müharibə ərəfəsində Məmmədzadə qardaşları xidmət etdikləri hərbi hissə tərəfindən Füzuli rayonuna göndəriliblər.

Onlar Füzuli, Cəbrayıl, Suqovuşan və Xocavəndin işğaldan azad olunmasında iştirak ediblər.

Valideynləri oğlanlarının şəhid olmağından 1 noyabr tarixində xəbər tutublar. Həmin gün səhər saatlarında qardaşlarla birlikdə quluq edən yaralı gizir Əsgər Hüseynov onların atasına zəng vurub İmanla Bəhrəmin şəhid olduğunu xəbər verib.

Yoldaşlarının dediyinə görə, birinci İmanı vurublar, həmin vaxt onun ayağının sarımaq istəyəndə qardaşı Bəhrəm də yaralanıb. Çoxlu qan itirən İman şəhid olanda özünü saxlaya bilməyib ayağa qalxan Bəhrəmi düşmən snayperi ürəyindən vurub. İkisi də birlikdə keçiniblər.

Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... Məmmədzadə qardaşları da şəhid olanlar arasında idilər.

İman və Bəhrəm Məmmədzadə qardaşları Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif ediliblər.

2020-ci il noyabrın 2-də qardaşlar Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunublar.

Son xəbərlər

Faydalı
Bu gün, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Oxşar xəbərlər