top
Taleh Qaraşovun qardaşı oğlu tərəfindən bu səbəbdən öldürülübmüş
02 may 2024, 05:03
- ↺ +

Taleh Qaraşovun qardaşı oğlu tərəfindən bu səbəbdən öldürülübmüş

Daha öncə xəbər verdiyimiz kimi, ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən Azay Qaraşova 10 il həbs cəzası verilib. Lakin məhkəmə qapalı keçirildiyindən hadisənin necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yox idi. Qafqazinfo ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.

Belə ki, istintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq, xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib. Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.

Cinayət hadisəsinin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı: “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”, – qışqıraraq qardaşını köməyə çağırıb.

Həmin vaxt Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyərkən yıxılıb.

Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.

İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.

Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.

Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.

Azay Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşovun özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Bu gün, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Bu gün, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Bu gün, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
Dünən, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
Dünən, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
Dünən, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Cəmiyyət
26 sentyabr 2026, 15:38

Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində təlim keçirib

İqtisadiyyat
26 sentyabr 2026, 14:36

Bakı-Astara sərnişin qatarı nə vaxt fəaliyyətə başlayacaq?

Bütün xəbərlər
26 sentyabr 2026, 13:30

Sabah hava necə olacaq? - PROQNOZ

Kriminal
26 sentyabr 2026, 12:34

Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
26 sentyabr 2026, 12:01

Azərbaycan neftinin qiyməti 123 dollara düşüb

Cəmiyyət
26 sentyabr 2026, 10:59

Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə yardım göstərib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:16

Astarada narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDU

Faydalı
26 sentyabr 2026, 09:14

26 sentyabr – Qızılağac Milli Parkının yaranma günüdür

Bütün xəbərlər
25 sentyabr 2026, 17:39

Neftçalada 22 yaşlı oğlanın meyiti tapıldı

Bütün xəbərlər
25 sentyabr 2026, 16:15

Sumqayıtda avtomobil qəzasında ölən hərbçi Biləsuvardan imiş

Siyasət
25 sentyabr 2026, 15:37

İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM

Oxşar xəbərlər